21 
Iyl
2021
12:27
542

Daxili İşlər Nazirliyi beş nəfəri saxladı - VİDEO

Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin əməkdaşları aparılan əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində, hakimin qərarı əsasında Tbilisi, Qori və Calengixada 5 nəfəri saxlayıblar.

InterPress.ge xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyi yayır.

"1995-ci il təvəllüdlü K.S., 1997-ci il təvəllüdlü N.G., 1990-cı il təvəllüdlü D.P., 1999-cu il təvəllüdlü L.K. və 1995-ci il təvəllüdlü Q.K., əvvəlcədən razılaşaraq qrup tərəfindən komputer sisteminə icazəsiz giriş və mütəşəkkil bir qrup tərəfindən dələduzluq etməklə ittiham olunurlar.

İstintaqla, təqsirləndirilən şəxslərin xaricdə işləyən 7 Gürcüstan vətəndaşının Facebook səhifələrinə icazəsiz daxil olduqları məlum olub. Cinayətkar qrupun üzvləri onların adı ilə həm xarixdə, həm də Gürcüstanda yaşayan 14 nəfərlə əlaqə saxlayıb və onlayn kazinolara və sürətli köçürmə hesablarına fırıldaqçılıq yolu ilə fərqli miqdarda pul köçürtdürüblər.

Təqsirləndirilən şəxslər 14 vətəndaşa məxsus ümumilikdə 10 500 larini fırıldaqçılıq yolu ilə mənimsəyiblər. Digər zərərçəkənlərin və cinayətkar qrupun üzvlərinin müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 2-ci hissəsinin "b" yarımbəndi, 4-cü hissənin "a" yarımbəndi və 284-cü maddənin 2-ci hissəsinin "a" yarımbəndi ilə aparılır.

Cinayət 7 ildən 10 ilədək həbs cəzası nəzərdə tutur", - məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın