21 
Iyl
2021
11:22
1406

DİN Marneulidə baş verən qətl hadisəsi ilə bağlı bəyanat yayır - VİDEO

Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin əməkdaşları isti təqib ilə aparılan əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Marneuli Bələdiyyəsində adam öldürmək və adam öldürməyə cəhd etmək ittihamı ilə 1992-ci il təvəllüdlü E.A.-nı saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayır.

Qurumdan verilən məlumata görə, o, iki və ya daha çox ailə üzvünə qarşı ağırlaşdırılmış şərtlər altında törədilən qəsdən adam öldürmək və iki və ya daha çox ailə üzvünə qarşı ağırlaşdırılmış şərtlər altında qəsdən adam öldürməyə cəhddə ittiham olunur.

İstintaqda, təqsirləndirilən şəxsin, cari ilin 21 iyul tarixində Marneuli bələdiyyəsində keçmiş münaqişə zəminində keçmiş həyat yoldaşı - 1994-cü il təvəllüdlü Q.P. və atası - 1969-cu il təvəllüdlü İ.P.-nı odlu silahdan atəş açaraq yaşayış evində öldürdüyü və Q.P.-nın anası - 1974-cü il təvəllüdlü S.A. və keçmiş həyat yoldaşının qardaşı - 1996-cı il təvəllüdlü A.P.-nı odlu silahla öldürməyə çalışdığı və hadisə yerindən qaçaraq gizləndiyi müəyyənləşib.

"Yaralı S.A. və A.P. tibb müəssisəsinə aparıldı və müvafiq tibbi yardım göstərildi. Onların həyatı üçün təhlükə yoxdur.

Hüquq-mühafizə orqanları hadisədən bir neçə saat sonra isti təqibdə təqsirləndirilən şəxsi saxladılar. Polis sübut olaraq - odlu silahı götürdü.
İki və ya daha çox ailə üzvünə qarşı ağırlaşdırılmış şərtlərlə törədilən qəsdən adam öldürmə və iki və ya daha çox ailə üzvünə qarşı ağırlaşdırılmış şərtlərdə qəsdən adam öldürməyə cəhd faktları üzrə araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 11-ci prima 109-cu maddəsinin 2-ci hissəsinin "v" yarımbəndi və 3-cü hissənin "a" yarımbəndi, həmçinin 11-ci prima 19-109-cu maddənin 2-ci hissəsinin "v" yarımbəndi və 3-cü hissənin "a" yarımbəndi ilə aparılır", - deyə məlumatda qeyd olunub.

Cinayət 16 ildən 20 ilə qədər və ya ömürlük həbs cəzası nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın