İlia Dövlət Universiteti tələbələrə müraciət edib.
InterPress.ge xəbər verir ki, müraciət universitetin rəsmi saytında paylaşılıb.
"Dəyərli tələbələr, əminik ki, 2021-ci ilin payızından tədris prosesinin adi, uzaqdan olmayan rejimə dönməsini hamımız çox istəyirik.
Bunun üçün tələbələrin və işçilərin Covid-19-a qarşı kütləvi peyvəndlənməsi yolu ilə əldə edilə bilən təhlükəsiz bir mühit yaratmaq lazımdır.
Hər kəsdən xahiş edirik, aşılama prosesinə qoşulun", - deyə Universitet rəhbərliyinin müraciətində qeyd olunur.
