1 USD =
3.1244 GEL
1 EUR =
3.7174 GEL
1 TRY =
0.3713 GEL
100 RUB =
4.2829 GEL
1 AZN =
1.8391 GEL
20 
Iyl
2021
22:16
159

Kaladze: "Kaxa Kaladzenin arxasında böyük bir peşəkar komanda dayanır"

"Seçki öncəsi marafonda əlbətdə mənim adım və soyadım çəkiləcək, amma bilmənizi istəyirəm ki, Kaxa Kaladzenin arxasında böyük bir peşəkar komanda dayanır".

InterPress.ge xəbər verir ki, bunu Gürcü Arzusu - Demokratik Gürcüstan partiyasının Tbilisi meri namizədi Kaxa Kaladze deyib.

“Bu, bütün bu illər ərzində təşəbbüslərimi dəstəkləyən siyasi komandadır.  Bu həmçinin Tbilisi meriyasının komandasıdır - müavinlərim, xidmət rəhbərləri, şəhər şurası üzvləri və minlərlə cəsarətli işçi. Bu insanlar tez-tez görünmür, lakin etdikləri işlər görünür.

Bu gün bizi metro sürücüsü, avtobus sürücüsü, bağban, Tbilisi və Tbilisililərə gündəlik qayğı göstərən bələdiyyə işçiləri müşayiət edirlər. Tbilisiyə olan sevgi və fədakar əməkləri üçün onlara təşəkkür edirəm", - dedi Tbilisi merliyinə namizəd.

Bizimlə əlaqə saxlayın