20 
Iyl
2021
20:56
272

İrakli Ğaribaşvili: "Rəqiblərimizin və qarşı tərəfimizin təəssüf ki, real gündəliyi yoxdur"

"Rəqiblərimizin və qarşı tərəfimizin təəssüf ki, real gündəliyi yoxdur. Onların əsas vəzifəsi ölkəmizdə qeyri-sabitlik, davamlı iğtişaşlar və xaos yaratmaqdır".

InterPress.ge xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili bu barədə Kaxa Kaladzenin Tbilisi meri namizədi olaraq irəli sürülməsi tədbirində bildirib.

Baş nazirin sözlərinə görə, "Gürcü Arzusu"nun imzası sülh, sabitlik və inkişafın imzasıdır.

"Təəssüf ki, rəqiblərimiz və qarşı tərəf, real gündəliyə sahib deyillər. Onların əsas vəzifəsi ölkəmizdə qeyri-sabitlik, davamlı iğtişaşlar və xaos yaratmaqdır. "Gürcü Arzusu"nun imzası barışığın, sabitliyin, inkişafın imzasıdır. Bunun bariz nümunəsi, komandamızın görkəmli lideri Kaxa Kaladzenin paytaxtda apardığı genişmiqyaslı işlərdir", - deyib İrakli Ğaribaşvili.

Bizimlə əlaqə saxlayın