Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili müsəlman həmvətənlərini Qurban bayramı münasibətilə təbrik edib.
InterPress.ge xəbər verir ki, təbrik məktubunda bildirilir:
“Müsəlman soydaşlarımızı Qurban Bayramı - sevgi, sədəqə, dəstək və xeyirxahlığın qələbəsi münasibətilə ürəkdən təbrik edirik.
Gürcüstanın müsəlman icması - cəmiyyətimizin ayrılmaz hissəsi, gündəlik işləriniz və ölkəyə sədaqətinizlə vətənimizin inkişafına və möhkəmlənməsinə əvəzsiz töhfə verirsiniz.
Bayramınızda və firavanlığınızda sizə qoşuluram, sizə və ailələrinizə mənəvi dinclik və xoşbəxtlik arzulayıram", - deyib İrakli Ğaribaşvili təbrikində.
