20 
Iyl
2021
16:23
819

Məktəblərə məhdudiyyət qoyula bilərmi? - Nazir müavinindən açıqlama

"Məktəblərdə məsafədən təhsilin davam etməsi bir həll yolu deyil. Çıxış yolu peyvənddir".

InterPress.ge xəbər verir ki, bu barədə Səhiyyə nazirinin müavini Tamar Qabuniya Koordinasiya Şurası üzvlərinin brifinqində qeyd edib.

"Mənim şəxsi və Səhiyyə Nazirliyinin əsas tövsiyəsi budur ki, iyul və avqust aylarında və geridə qalan müddətdə məktəb heyəti aktiv peyvənddən istifadə etsin ki, məktəblər tədris ilini təhlükəsiz şəraitdə qarşılasınlar. Məhdudiyyət bu gün məktəbdə bir həll yolu deyil, ya da məsafədən təhsil bu problemin həlli deyil. Çıxış yolu peyvənddir və bu səbəbdən də məktəb şəraitində dərs verməklə və ya işləməklə məşğul olan hər kəsdən peyvənd mərkəzinə müraciət etməsi üçün bir xahişim olacaq" , - deyə o qeyd edib.

Qeyd edək ki, 20 iyul tarixidən etibarən Gürcüstanda koronavirusun 2616 yeni yoluxma halı təsdiqlənib, onlardan 880 nəfər sağaldı, 26 nəfər isə öldü.

Bizimlə əlaqə saxlayın