20 
Iyl
2021
14:21
256

Ğaribaşvili: "Aprel ayında görünməmiş iqtisadi böyüməyə sahib olduq"

"Aprel ayında görünməmiş iqtisadi böyüməyə sahib olduq, bu göstərici 45% idi və bu, nəinki bölgədə, hətta bütün Avropada misilsiz oldu".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili hökumət iclasından əvvəl bəyan edib.

Onun sözlərinə görə, nəticədə ölkəmizin iqtisadiyyatı təxminən 12% böyüyəcək.

“Bir neçə ay əvvəl məhdudiyyətləri qaldırmaq qərarına gəldik və əlbəttə ki, xalqımızın maraqlarını rəhbər tutduq. İndi də nə ediriksə xalqımız və onların maraqları üçün edirik. Atdığımız addımlar, şübhəsiz ki, konkret nəticələr verdi ki, bu da aprel ayında misilsiz iqtisadi böyüməyə sahib olduğumuzda öz əksini tapdı, bu böyümə 45% təşkil etdi və nəinki bölgədə, hətta Avropada misilsiz oldu. May ayında da 25%-lə yüksək bir artım yaşadıq. İyun ayında da kifayət qədər yüksək bir böyüməyə sahib olacağımız haqqında əvvəlcədən məlumatım var və bu, iki rəqəmli iqtisadi artım olacaq, təxminən 15 - dən 18% -ə qədər. Nəticədə, ilk altı ayda ölkəmizin iqtisadiyyatı təxminən 12% böyüyəcək. Əlbətdə bu, büdcədəki əlavə mənbələri səfərbər etməyimizə imkan verdi, Maliyyə Naziri müvafiq düzəliş hazırladı və büdcənin düzəliş edilmiş variantını Parlamentə təqdim etdi", - deyə İrakli Ğaribaşvili qeyd edib.

Bizimlə əlaqə saxlayın