Baş nazir koronavirusa görə ölkənin bağlanmasından danışdı
“Ölkəmiz artıq bağlanmaya tab gətirə bilməz".
InterPress.ge xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili hökumət iclasında vətəndaşları peyvəndləmə prosesində fəal iştirak etməyə çağırıb, çünki epidemiyanın pisləşməsi ölkə üçün böyük çətinliklər yaradacaq.
“Ölkəmiz artıq bağlanmaya tab gətirə bilməz. Bağlamaq məcburiyyətində qalacağıq, insanlar işlərini itirəcək və dözülməz bir vəziyyət yaranacaq. Buna görə əvvəlcədən profilaktik açıqlamalar vermək istəyirəm. Bunun olmasını istəmirəm. Ölkə borc almaq məcburiyyətində qalacaq. Bu, vətəndaşlarımıza, ölkəmizə bir yük olacaq və vəziyyət çox çətinləşəcək. Mümkün qədər tez aşılanmaq üçün bütün resurslarımız, bütün vasitələrimiz var. Təxminən 2-3 ay ərzində 1,5 milyon vətəndaşı peyvənd edə biləcəyik. Bizim vəzifəmiz budur", - deyib Baş nazir.


