20 
Iyl
2021
11:44
1421

Marneulidə və Tbilisidə oğru dünyasına üzv olma ittihamı ilə səkkiz nəfər saxlanıldı

Daxili İşlər Nazirliyinin əməkdaşları Baş Prokurorluqla aparılmış kompleks əməliyyat və istintaq tədbirləri nəticəsində hakimin qərarına əsasən Tbilisi və Marneulidə səkkiz nəfəri saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı DİN yayır.

1969-cu il təvəllüdlü P.Q. (Paliko ləqəbli), 1980-ci il təvəllüdlü Z.Q. (Muxo ləqəbli) 1964-cü il təvəllüdlü G.Q. (Gama ləqəbli), 1995-ci il təvəllüdlü V.Q., 1983-cü il təvəllüdlü D.D., 1991-ci il təvəllüdlü D.A., 1983-cü il təvəllüdlü V.Q. (Lapuxa ləqəbli), 1963-cü il təvəllüdlü A.O. "oğru dünyası"na üzv olmaq, "oğru dünyası" fəaliyyətinə dəstək, "oğru dünyası"na üzv olmaq üçün müraciət etmək ittihamı ilə saxlanılıb.

İstintaqla vətəndaşlardan birinin təqsirləndirilən A.O. ilə faiz borcuna görə maliyyə mübahisəsi olduğu üzə çıxıb.

A.O., mübahisəli məsələni "oğru qaydaları" na uyğun olaraq müzakirə etmək və mübahisəni onun xeyrinə həll etmək üçün müttəhimlərdən biri - D.A. vasitəsilə "oğru dünyası" üzvləri və təqsirləndirilən şəxslərlə əlaqə qurub. Bu şəxslər A.O.-ya öz maddi faydaları müqabilində yardım vəd ediblər.

Təqsirləndirilənlər 2021-ci ilin aprel və mart aylarında Tbilisinin rayonlarından birindəki yaşayış evində maliyyə mübahisəsini "oğru" qaydasına uyğun həll etməyə çalışıblar.

Mübahisənin "oğru qaydası" ilə həll edilməsi nəticəsində alınan qərara görə, fəaliyyəti "oğru" qaydalarına uyğun gəlmədiyi üçün zərərçəkənin borcu ödəyəcək şəxs - A.O-dan 26 min ABŞ dollarını ala bilməyəcəyi qərarı verilib.

Polis axtarış nəticəsində "oğru dünyası"nın üzvlərinin bir-biri ilə əlaqə qurmaq üçün istifadə etdikləri komputer və mobil telefonları ələ keçirib.

"Oğru dünyası"na üzv olmaq, "oğru dünyası"na üzv olmaq üçün müraciət etmək və"oğru dünyası"nın fəaliyyətinə dəstək faktları üzrə istintaq aparılır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər