Baş nazir Ukrayna Prezidentinə təşəkkür etdi
Baş nazir İrakli Ğaribaşvili, Batumi Beynəlxalq Konfransı - "Gürcüstanın Avropa Yolu" çərçivəsində Gürcüstanda olan Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumat hökumət rəhbərliyi tərəfindən yayılıb.
Məlumata görə, tərəflər Gürcüstan və Ukrayna arasında xüsusi dostluq və strateji tərəfdaşlığı müzakirə ediblər.
İrakli Ğaribaşvili və Vladimir Zelenski regional təhlükəsizlik məsələlərini və Qara dəniz bölgəsindəki vəziyyəti müzakirə ediblər.
Baş nazir, Ukrayna Prezidentinə Ukraynanın suverenliyi və ərazi bütövlüyünə verdiyi güclü dəstəyi bir daha təsdiqləyib. Baş nazir, eyni zamanda Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə verdiyi güclü dəstəyə görə Ukraynaya və Prezidentinə bir daha təşəkkürünü bildirib.
İrakli Ğaribaşvili və Volodimir Zelenski iki ölkənin ortaq problemindən - Rusiyanın yaratdığı təhdidlərdən və işğalın ağır nəticələrindən danışıb, münaqişənin həlli üçün dinc siyasətin vacibliyini vurğulayıblar.


