20 
Iyl
2021
10:28
471

Kvemo Kartlidə bir nəfər saxlanıldı

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin İstintaq Departamentinin Kvemo Kartli şöbəsinin əməkdaşları, aparılmış əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində xüsusilə külli miqdarda markirləmə tabeliyində olan aksizli malı aksiz markirləməsi olmadan saxlama-daşıma faktı ilə əlaqədar bir nəfəri saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı İstintaq Xidməti yayır.

"Axtarış nəticəsində, satış üçün nəzərdə tutulmuş, PUFF firmasına məxsus nikotin tərkibli, bazar dəyəri 16000 GEL olan 800 ədəd aksizsiz elektron siqaret ələ keçirildi.

Gürcüstan Cinayət Məcəlləsinin 200-cü maddəsinin 3-cü hissəsi ilə istintaq aparılır ki, bu da 6-dan 8 ilədək azadlıqdan məhrum etməyi nəzərdə tutur", - bildirilib İstintaq Xidmətindən.

Bizimlə əlaqə saxlayın