19 
Iyl
2021
18:35
568

Birləşmiş Su Təchizatı Şirkətinin 3 əməkdaşı saxlanıldı

Dövlət Təhlükəsizlik Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə Agentliyi "Birləşmiş Su Təchizatı Şirkəti"nin üç əməkdaşını saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı DTX yayır.

Qurum açıqlamasında saxlanılanların rüşvət almaqda günahlandırıldığı bildirilib.

"Dövlət Təhlükəsizliyi Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə Departamentinin əməkdaşları, Gürcüstanın Baş Prokurorluğu ilə əməkdaşlıq edərək əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində, hakimin qərarına əsasən, əvvəlcədən razılaşaraq qrup halında rüşvət almaq faktı ilə əlaqədar "Birləşmiş Su Təchizatı Şirkəti"nin Tikinti Nəzarəti Departamentinin rəhbərini və eyni şirkətin iki əməkdaşını saxlayıblar", - məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın