19 
Iyl
2021
16:55
1721

AÇIQLAMA VERİLDİ - Gürcüstan Türkiyə sərhəddi bağlana bilər

Türkiyə Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ersoy, ölkədə koronavirusun "Delta" ştammının yayılması səbəbindən sərhədlərin bağlanmasını istisna etmədiyini söyləyib.

InterPress.ge xəbər verir ki, bu barədə Ersoy CNN Türk-ə verdiyi müsahibədə danışıb.

"Heç bir şeyin qarantiyası yoxdur, bir sıra əyalətlərdə "Delta" ştammının yayılması baxımından vəziyyəti müşahidə etməliyik", - deyib nazir.

Onun sözlərinə görə, Türkiyənin prioriteti mümkün qədər çox insanın aşılanmasıdır.

“Peyvəndləmə sürətlənərsə, Türkiyə normal həyata qayıdacaq. Bu proses nə qədər gecikərsə, normallaşması üçün bir o qədər çox vaxt lazımdır", - deyib Türkiyənin Mədəniyyət və Turizm Naziri.


O, "hələlik hər şeyin yaxşı getdiyini" də qeyd edib.

Bizimlə əlaqə saxlayın