Prezident: "Gürcüstanın Avropa gələcəyi qaçılmazdır"
"Avropa yolu seçmək bizim üçün və dostlarımız üçün alternativsizdir. Batumi Konfransı bu səydə tək olmadığımıza, bizi dəstəklədiklərinə və gücləndirdiklərinə işarədir".
InterPress.ge xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili Batumi Beynəlxalq Konfransının açılışdakı çıxışı zamanı deyib.
Zurabişvilinin qeyd etdiyinə görə, 4 prezidentin iştirakı ilə belə bir tədbir ilk dəfədir keçirilir və bu, "yeni bir başlanğıc"dır.
"Bu format, Avropa Şurası Prezidentinin iştirakı ilə Avropaya inteqrasiya istiqamətimizdəki irəliyə doğru atılan addım olacaq. Bu gün ortaq öhdəliyimizin nə qədər ciddi olduğuna bir nümunədir. Bu, Avropa keçmişinin və Avropa gələcəyinin qaçılmaz olduğuna dair bir nümunə və sübutdur. Pandemiyanın məhdudiyyətlərinə baxmayaraq, Batumi Beynəlxalq Konfransını davam etdiririk və bu tədbiri ən yüksək səviyyədə keçiririk. Bu, hər birimizə yeni öhdəliklərin düşdüyü mənasına gəlir. Əvvəla, bu, Gürcüstan tərəfindən verilən öhdəlikdir - Gürcüstanın Avropa gələcəyi qaçılmazdır və tariximizdən və dəyərlərimizdən ayrılmazdır. Bu, siyasi partiyalar arasında qütbləşmənin və ya mübahisənin olmadığı, konsensusun olduğu bir mövzudur və bu barədə hüç vaxt mübahisə etmirik. Çətinliklərə və işğala baxmayaraq, irəliləyişimiz heç vaxt şübhə altına qalmayıb", - bildirib Zurabişvili.


