Aksizsiz tütün məhsullarının saxlanması və daşınması faktları aşkar edildi
Gəlirlər Xidmətinin əməkdaşları aksizsiz tütün məhsullarının saxlanması və daşınması faktlarını aşkar ediblər.
InterPress.ge xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən məlumat verilib.
Maliyyə Nazirliyi Gəlirlər Xidmətinin Vergi Monitorinqi Departamentinin Monitorinq şöbəsinin əməkdaşları Samtredia, Kutaisi, Xoni, Zuqdidi, Qardabani və Marneuli bölgələrində həyata keçirilmiş tədbirlər nəticəsində 1534 qutu aksizsiz tütün məhsulunun qanunsuz saxlanılması və daşınması faktlarını aşkar ediblər.
"Gürcüstanın İnzibati Xətalar Məcəlləsinin 192-cü maddəsinin 5-ci hissəsinə əsasən vətəndaşlar aksizsiz mallardan məhrum edildi və qeyd olunan faktlarla əlaqədar qanun pozan vətəndaşlara Gürcüstanın İnzibati Xətalar Məcəlləsinin 1552-ci maddəsinə uyğun olaraq, inzibati xətalar haqqında protokollar tərtib edildi və iş materialları məhkəmənin səlahiyyətinə uyğun olaraq göndərildi", - məlumatda qeyd olunub.


