19 
Iyl
2021
13:06
1056

Havanın temperaturu 41 dərəcəyə çatacaq - yaxın günlər üçün proqnoz

Sinoptiklər Şərqi Gürcüstanın aran bölgələrində isti və yağmursuz hava şəraiti proqnozlaşdırırlar.

InterPress.ge xəbər verir ki, 20-21 iyul tarixlərində havanın orta temperaturu 38-41 dərəcə olacaq.

İyulun 22-də havanın temperaturu bir qədər enəcək və 35 dərəcə olacaq. Şərqi Gürcüstanın dağlıq hissəsində havanın temperaturu 32-38 dərəcə olacaq. İyulun 22-dən isə 29-30 dərəcəyə qədər enəcək. Qısamüddətli yağış yağa bilər.

Qərbi Gürcüstanda da, Şərqi Gürcüstanda olduğu kimi, 20-21 iyul tarixlərində isti və yağmursuz hava şəraiti gözlənilir. Orta temperaturun 38-40 dərəcə olacağı gözlənilir. İyulun 22-də Qərbi Gürcüstanın aran bölgələrində havanın temperaturu 32-35 dərəcəyə enəcək. Qısamüddətli yağış gözlənilir.

20-21 iyul tarixlərində dağlarda 34-36 dərəcə isti olacağı gözlənilir. İyulun 22-də yağış yağacağı gözlənilir, temperatur 26-30 dərəcəyə qədər enəcək.

Tbilisidə havanın temperaturunun iyunun 20-də 40 dərəcə, iyunun 21-də 39 dərəcə olacağı gözlənilir. İyulun 22-də yağış yağacaq, havanın temperaturu 35 dərəcəyə qədər enəcək

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər