Gürcüstanın Baş naziri Avropa Şurasının Prezidenti ilə görüşür
Gürcüstanın Baş naziri Avropa Şurasının Prezidenti ilə görüşür.
InterPress.ge xəbər verir ki, İrakli Ğaribaşvili və Şarl Mişelin görüşü Batumi "Şeraton"da baş tutur.
Bundan əvvəl Şarl Mişel, müxalifətlə və Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşüb.
Avropa Şurasının Prezidenti 18 iyulda Gürcüstana səfər edib. O, bu gün Batumi 17-ci Beynəlxalq Konfransda iştirak edəcək. Konfransın mərkəzi mövzusu AB-nin üç əlaqəli tərəfdaşı - Gürcüstan, Moldova və Ukrayna arasında genişləndirilmiş əməkdaşlıq olacaq.
Mişel, Gürcüstan Prezidenti və Baş nazirdən əlavə Batumidə Moldova Respublikasının Prezidenti Maia Sandu və Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcək.
17-ci Batumi Beynəlxalq Konfrans Panelinin üzvləri tədbirdə fiziki cəhətdən, tamaşaçılar isə onlayn olaraq iştirak edə biləcəklər.


