Kvemo Kartlidə qanunsuz balıq ovu faktları aşkar edildi
Ətraf Mühitə Nəzarət Departamentinin Kvemo Kartli Regional Bölməsinin əməkdaşları 10 qanunsuz balıq ovu faktı aşkar ediblər.
InterPress.ge xəbər verir ki, bu barədə Ətraf Mühitə Nəzarət Departamenti məlumat yayır.
Məlumata əsasən, vətəndaşlar Calka bələdiyyəsində Ktsia çayında, Marneuli bələdiyyəsində Xram çayında, Rustavi şəhərində Kür çayında, Dmanisi bələdiyyəsində Sarpudara çayında qadağan edilmiş balıqçılıq vasitələri - torla balıq tutublar.
Vətəndaşlar qanunsuz olaraq 4 kiloqrama qədər müxtəlif balıqlar tutublar.
Şöbə əməkdaşları qeyd olunan faktlarla əlaqədar hüquqi işlərə başlayıblar. Materiallar əlavə cavab üçün müvafiq qurumlara göndərilib.
Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf Mühitə Nəzarət Departamentinin əməkdaşları 2021-ci il yanvarın 1-dən iyunun 30-dək 204 qanunsuz balıq ovu, o cümlədən cinayət məsuliyyəti əlamətləri olan 56 fakt aşkar ediblər.


