18 
Iyl
2021
10:38
175

Aİ Şurasının Prezidenti Azərbaycanda səfərdədir

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasına işgüzar səfərə gedib.

InterPress.ge xəbər verir ki, Azərbaycan Respublikasının və Avropa İttifaqının bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov və digər rəsmi şəxslər qarşılayıblar.

Bizimlə əlaqə saxlayın