18 
Iyl
2021
10:28
1187

Gürcü Arzusundan ayrılan deputat Vahid Milli Hərəkat partiyasına keçir?

"Hələ bu mövzuda şərh verə bilmərəm".

InterPress.ge xəbər verir ki, bu barədə Qardabani Bələdiyyəsinin şura sədrinin keçmiş müavini, Rafi Orucov karyerasını hansı siyasi partiya ilə davam etdirəcəyinə münasibət bildirərkən qeyd edib.

Belə ki, Orucovun Milli Hərəkatda fəaliyyətini davam etdirəcəyinə dair məlumatlar yayılıb, ancaq R. Orucov bizə hələlik detallardan danışa bilməyəcəyini bildirir.

"Hələ bu mövzuda şərh verə bilmərəm, amma siyasətdə, istənilən partiyada, xalqımın xidmətində işimi davam etdirəcəyəm, - Orucov InterPress.ge-yə bildirib.

Qeyd edək ki, keçmiş Gürcüstan prezidenti Mixail Saakaşvili öz rəsmi Facebook səhifəsində Orucovun istefa xəbərini həm gürcü həmidə Azərbaycan dilində paylaşıb.

Xatırladaq ki, Qardabani Bələdiyyəsi şura sədrinin müavini Rafi Orucov bir neçə gün əvvəl könüllü olaraq istefa etdi və bu barədə Facebook səhifəsində yazdı.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər