17 
Iyl
2021
20:19
675

"Mtavari Arxi"nin direktoru Nika Qvaramia ölümlə təhdid edildiyini açıqladı

"Mtavari Arxi"nin direktoru Nika Qvaramia ölümlə təhdid edilir.

InterPress.ge xəbər verir ki, bu barədə Qvaramia sosial şəbəkədə yazıb.

O, paylaşımında daxili işlər nazirini tağ edib. Ona qarşı təhdidlərlə bağlı təcili araşdırma Media İnkişaf Koalisiyası tərəfindən tələb edilib.

"Məlum oldu ki, zorakı qruplar "Mtavari Arxi"nin direktoru Nika Qvaramianı "Alt-info"nun feysbuk kanalının bloklanması səbəbiylə təhdid ediblər.

Son vaxtlar Gürcüstanda media hüquqlarının pozulması faktları kritik həddə çatıb. 2021-ci ilin 5-6 iyul tarixlərində mediaya genişmiqyaslı hücum oldu. Hücumda 10-dan çox KİV-in 53 üzvü yaralandı. TV Pirveli-nin operatoru Aleksandre (Lekso) Laşkarava rəsmi vəzifəsini yerinə yetirərkən aldığı xəsarətlər nəticəsində öldü.

Baş nazirinin iştirakı ilə keçirilən kütləvi tədbiri konkret mediya orqanlarının ışıqlandırmasına dair qanunsuz məhdudiyyətlər həm medianın peşə vəzifələrini yerinə yetirmək hüququnu, həm də ictimaiyyəti ictimai maraq kəsb edən məlumatları almaq hüququndan məhrum edir", - Koalisiyanın açıqlamasında bildirilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər