17 
Iyl
2021
18:53
322

Bir neçə media orqanının Baş nazirin tədbirinə niyə dəvət edilmədiyi açıqlandı

Baş nazirin mətbuat xidməti, bu gün Baş nazirin iştirakı ilə keçirilən tədbirə medianın bir hissəsinin niyə dəvət edilmədiyini izah edib.

InterPress.ge xəbər verir ki, açıqlamada bildirilir:

"Bu gün bir neçə konkret media orqanı Baş nazirin tədbirinə niyə dəvət edilmədiklərini soruşdu.

Baş nazir həmişə jurnalistlərin suallarını cavablandırır, bu gün də bütün jurnalistlərin verdiyi sualları cavablandırdı.

"Mtavari Arxi", "TV Pirveli" və "Formula" sualların cavabları ilə maraqlanmırlar, daim dağıdıcıdırlar və yalnız öz siyasi gündəmlərini izləyirlər.

Baş nazir İrakli Ğaribaşvili hesab edir ki, "Mtavari Arxi", "TV Pirveli" və "Formula" bütün qırmızı xətləri keçib, müəyyən bir siyasi partiyanı təmsil edirlər, Mixail Saakaşvili və onun radikal qüvvələri tərəfindən maliyyələşdirilib idarə olunurlar və Baş nazirə qarşı siyasi kampaniyada iştirak edirlər.

Bu səbəbdən adı çəkilən siyasi partiyanın televiziyaları bu gün tədbirə dəvət edilmədi", - deyilir açıqlamada.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər