17 
Iyl
2021
14:07
457

İrakli Ğaribaşvili: "Hər kəsə söz verirəm ki, əsas strateji tərəfdaşımızla olan bu anlaşılmazlıq mütləq aradan qaldırılacaq"

"Hər kəsə söz verirəm ki, əsas strateji tərəfdaşımızla olan bu anlaşılmazlıq mütləq aradan qaldırılacaq və bütün sualları cavablandıracağıq".

InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili deyib.

O, ABŞ Dövlət Departamenti, Dövlət katibi və ABŞ-ın Gürcüstandakı səfirliyi tərəfindən Ali Məhkəmə hakimlərinin təyin edilməsi ilə bağlı açıqlamalara münasibət bildirib.

Onun sözlərinə görə, məsələ üzrə daha çox əlaqə, daha çox ünsiyyət və daha çox izahat lazımdır.

“Məhkəmədən, hakimlərin təyin edilməsindən və s. narazılıq ifadə olunur. 2012-ci ildə hakimiyyətə gələndə Gürcüstanda çox böyük islahatlar həyata keçirdik, nəticədə məhkəmə ilə bağlı çox irəliləyiş əldə edildi. Məhkəmə 2012-ci ilə qədər Prokurorluğun adi bir hissəsi idi. Təəssüf ki, mən nə ABŞ-dan, nə də Avropadan o zamankı məhkəmə ilə bağlı tənqidi fikir eşitməmişəm və əlbətdə ki, bu təəssüf doğrur və ədalətli deyil. Digər tərəfdən bu prosesi davam etdiririk. Genişmiqyaslı məhkəmə islahatları apardığımızı bəyan etdik və bu, davamlı bir prosesdir. İdeal və səhvsiz olduğumuzu demirik, amma bu bir prosesdir. Eyni zamanda məhkəmə müstəqilliyi və şəffaflığı baxımından bir çox AB ölkəsini qabaqlayırıq. Vətəndaşlarımızın məhkəmə etibarı baxımından AB miqyasında ön sıralardayıq. Hər kəsə söz verirəm ki, əsas strateji tərəfdaşımızla olan bu anlaşılmazlıq mütləq aradan qaldırılacaq və bütün sualları cavablandıracağıq. Daha çox ünsiyyət, daha çox əlaqə və daha çox izahat lazımdır”, - deyib İrakli Ğaribaşvili.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər