Xino dərəsində itkin düşən gənclər tapıldı
Xilasedicilər Xino dərəsində itkin düşən gəncləri tapıblar və həyatları üçün təhlükə yoxdur.
InterPress.ge xəbər verir ki, bu barədə Təcili Hallar İdarəetmə Xidmətindən məlumat verilib.
İdarədən verilən məlumata görə, xilasetmə əməliyyatında yerli qruplarla birlikdə Yanğın Xilasetmə Departamentinin 70 əməkdaşı da iştirak edib.
"Gürcüstan Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizliyin İdarəetmə Mərkəzi - "112"-yə Kobuletidə, Xino dərəsində, Xino və Qomi dağları arasında itkin düşümüş iki vətəndaşın olduğu, onların təhükəsiz bir mühitə keçə bilmədikləri və xilasedicilərin yardımına ehtiyac duyduqları barədə məlumat daxil oldu. Onlardan biri xəsarət almışdı, buna görə xilasedicilər çatana qədər dağlar arasındakı dərələrdən birində dayanmalı oldular.
Bildiriş alındıqdan sonra Yanğın-Xilasetmə Qüvvələri Departamentinin qrupları vətəndaşlara kömək üçün hərəkətə keçdi. Çətin ərazi və pis hava şəraitinə baxmayaraq, yanğınsöndürənlər 24 saatlıq rejimdə, müxtəlif istiqamətlərdən, Acarıstan və Quria bölgələrindən xilasetmə işləri apardılar. Xüsusi yanğın-xilasetmə qrupları dərədə piyada hərəkət edirdilər və bütün yerləri ətraflı yoxlayırdılar. Daxili İşlər Nazirliyinin Sərhəd Polisi helikopteri xilasetmə əməliyyatında fəal iştirak etmişdir.
Yanğın - Xilasetmə Departamentinin 70 əməkdaşı tərəfindən aparılan davamlı axtarış-xilasetmə əməliyyatı nəticəsində Xino dərəsində itkin düşən iki vətəndaşın yeri müəyyənləşdirildi. Hər ikisi də zərər görməmiş halda tapıldı, həyatları üçün təhlükə yoxdur. Hazırda gənclər təhlükəsiz bir yerə gətirilir.
Təcili Hallar Bölməsindən 15 xilasetmə əməkdaşı yerli qruplarla birlikdə xilasetmə əməliyyatına qatıldı. Bundan əlavə, İmereti, Acarıstan və Quria Baş İdarəsinin yanğınsöndürən-xilasediciləri, həmçinin Milli Meşə Agentliyinin əməkdaşları prosesə cəlb olunmuşdu. Bölgə pilotsuz təyyarə ilə izlənirdi. Bütün lazımi texnika və avadanlıqlar cəlb olunmuşdu", -deyə Təcili Hallar İdarəetmə Xidmətindən bildirilib.


