17 
Iyl
2021
11:31
327

Polis bir nəfəri saxladı

Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin İsani-Samqori Baş İdarəsinin əməkdaşları Varketilidə yaralama faktı ilə əlaqədar 1978-ci il təvəllüdlü M.D.-nı saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, istintaq zamanı alkoqollu olan təqsirləndirilən şəxsin 1978-ci il təvəllüdlü K.M.-ni Varketilidə odlu silahdan açdığı atəşlə ayağından yaraladığı və hadisə yerindən qaçdığı müəyyənləşib.

"Yaralı tibb müəssisəsinə yerləşdirildi və müvafiq tibbi yardım göstərilir. Onun həyatı təhlükədə deyil. Hüquq-mühafizə orqanları M.D.-nı hadisədən bir neçə saat sonra isti təqib nəticəsində saxladılar.

Polis cinayət silahını - tüfəngi sübut kimi götürdü.

Sağlamlığa qəsdən az ziyan vurmaq və odlu silahı qanunsuz olaraq almaq-saxlamaq və daşımaq faktı Gürcüstan Cinayət Məcəlləsinin 118 və 236-cı maddələri ilə araşdırılır", - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın