Qamğrelidze Gürcüstanda məhdudiyyətlərin vaxtından əvvəl götürüldüyünü açıqladı
"Gürcüstanda koronavirus səbəbindən tətbiq olunan məhdudiyyətlər vaxtından əvvəl ləğv edildi".
InterPress.ge xəbər verir ki, Milli Xəstəliklərə Nəzarət və Xalq Sağlamlığı Mərkəzinin rəhbəri Amiran Qamğrelidze bu barədə media nümayəndələri üçün təşkil olunan veb-seminarda açıqlama verib.
Onun dediyinə görə, ölkə iqtisadiyyatının müəyyən dərəcədə azadlığa ehtiyacı var idi.
“Gürcüstanda məhdudiyyətlər çox sürətlə qaldırıldı. Təəssüf ki, yüngülləşdirməyə tələsdik. Bildiyiniz kimi, tibbi tərəfi şurada daha radikaldırlar, nəinki iqtisadi tərəf. Ölkə iqtisadiyyatının, xüsusən də kiçik və orta biznesin nəfəs alması üçün müəyyən dərəcədə azadlığa ehtiyac duyulduğu başa düşüləndir. Buna görə də orada bütün təkliflər razılaşdırılır və "qızıl aralıq" ilə qərar verməyə çalışırıq. Ancaq məhdudiyyətlərin bütün istiqamətlərdə qaldırılmasının sürətli olduğu ilə razıyam", - bildirib Qamğrelidze.


