Gürcüstanda tibbi maska taxmaq məcburi olacaq.
InterPress.ge bpn-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Giorgi Qaxaria Agentliklərarası Koordinasiya Şurasında Böhran Əleyhinə İqtisadi Qrupun iclasında anti-böhran iqtisadi planının təqdimatı zamanı bildirib.
Qaxariyanın bidirdiyinə görə, bir müddət ölkədə tibbi maska taxmaq məcburi olur:
Sosial məsafənin müəyyən edilmiş qaydalarına riayət etmək;
İctimai yerlərdə maksa taxmaq;
Səhiyyə Nazirliyi tərəfindən hüquqi şəxslər tərəfindən müəyyən edilmiş qaydalara əməl edilməsi;
Distant işlərin davam etdirilməsi, həm dövlət, həm də özəl sektorda fiziki təmasın maksimum məhdudlaşdırılması.
.jpg)