Xino dərəsində iki gənc axtarılır
Acarıstanda, Xino dərəsində iki gənc helikopterlə axtarılır.
InterPress.ge xəbər verir ki, gənclərin 112-yə kömək üçün müraciət etdikləri məlum olub.
Məlumata görə, Xino və Qomi dağları arasındakı yolda itiblər. Onlardan biri xəsarət aldığına görə, xilasedicilər gedənə qədər dağların arasındakı dərələrdən birində dayanmalı olublar.
“Mesaj daxil olan kimi Yanğın Xilasetmə Departamentini 3 qrupu vətəndaşlara kömək üçün getdi.
Çətin ərazi səbəbindən Təcili Yardım İdarəetmə Xidmətinin işçiləri dərəyə piyada getməli oldular. Gecə saatlarında hava qüvvələri prosesə cəlb edilə bilmədi.
Səhər Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin helikopteri işə başladı", - deyə Fövqəladə Hallar İdarəetmə Xidmətinin açıqlamasında bildirilir.


