16 
Iyl
2021
10:15
248

Komitə MSK sədri vəzifəsinə Qiorqi Kalandarişvilinin namizədliyini dəstəklədi

Hüquq Məsələləri Komitəsi, MSK sədri olaraq Qiorqi Kalandarişvilinin, MSK üzvülüyünün boş qalan vəzifələrinə Qia Çaçaşvili və Maia Zaridze-nin namizəd olaraq seçilməsini tövsiyə edib.

InterPress.ge xəbnər verir ki, bu barədə Parlamentin mətbuat xidməti məlumat yayır.

Məlumata görə, Hüquq Məsələləri Komitəsi Qiorqi Kalandarişvilinin 10 səslə Mərkəzi Seçki Komissiyasının sədri seçilməsini tövsiyə edib.

Mərkəzi Seçki Komissiyası sədri vəzifəsinə ikinci namizəd olan Qiorqi Santuriani, Komitənin yalnız 4 üzvü tərəfindən dəstəklənib.

Komitə Mərkəzi Seçki Komissiyasına üzvülüyün bir boş vəzifəsinə 10 səslə Qia Çaçaşvilinin, ikinci boş vəzifəyə isə 10 səslə Maia Zaridzenin namizədliyini irəli sürməyi tövsiyə edib.

Qia Çaçaşvili ilə birlikdə Lela Taliuri də, Mərkəzi Seçki Komissiyasının vakant vəzifələrdən birinə namizəd göstərilib və komitənin 3 üzvü tərəfindən dəstəklənib. Maia Zaridze ilə birlikdə irəli sürülən Tamar Sartania, komitənin 3 üzvü tərəfindən dəstəklənib, bir üzv isə qarşı çıxıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər