Qəsdən adam öldürmə ittihamı ilə bir nəfər saxlanıldı
Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Baş İstintaq İdarəsinin Birinci şöbəsinin əməkdaşları, istintaq və əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş 1985-ci il təvəllüdlü Q.Ğ.- nı qəsdən adam öldürmə və qanunsuz olaraq odlu silah alma-saxlama-daşıma ittihamı ilə saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə məlumat Daxili İşlər Nazirliyindən verilib.
"İstintaq, təqsirləndirilən şəxsin bu il iyulun 14-də, Tbilisinin Qldani rayonunda intiqam almaq məqsədi ilə 1991-ci il təvəllüdlü Q.M.-ya odlu silahla ölümcül xəsarət yetirdiyini və hadisə yerindən qaçaraq gizləndiyini müəyyənləşdirdi.
Yaralı xəstəxanaya aparıldıqdan sonra öldü.
Polis, istintaq və əməliyyat tədbirləri nəticəsində Q.Ğ.-nı isti təqib ilə saxladı”, - Daxili İşlər Nazirliyindən bildirilib.
Qəsdən adam öldürmə və qanunsuz olaraq odlu silah alma-saxlama-daşıma faktları üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi və 236-cı maddənin 3-cü və 4-cü hissələri ilə davam etdirilir.
Cinayət 7 ildən 15 ilədək həbs cəzası nəzərdə tutur.


