Polis jurnalistə və vətəndaşa zorakılıq edən iki nəfəri saxladı
Polis 5 iyulda "Tbilisi Pride"a qarşı keçirilən aksiya zamanı zorakılıqda təqsirləndirilən daha iki nəfəri saxlayıb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayır.
Məlumata görə, 5 iyulda "Tbilisi Pride"a qarşı keçirilən aksiya zamanı törədilən cinayət əməllərinə görə ümumilikdə 23 nəfər saxlanılıb.
"Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin əməkdaşları aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində, vətəndaşa zorakılıq, həmçinin jurnalistin peşə fəaliyyətinə şiddət təhdidi ilə qanunsuz mane törətmək, zorakılıq, zorakılıq təhdidi ilə təqib və qrup halında törədilən zorakılıq faktlarına görə 2 nəfər - 1988-ci il təvəllüdlü V.B. və 1988-ci il təvəllüdlü D.K.-nı saxlayıblar.
İstintaq, təqsirləndirilən V.B.-nin bu il iyulun 5-də Tbilisidə, Rustaveli prospektində "Tbilisi Pride"a qarşı keçirilən eriraz aksiyası zamanı, Revaz Tabukaşvili və Qiorqi Ganturia küçələrinin kəsişməsində TV Pirveli-nin operatorunu fiziki və şifahi təcavüz etdiyini müəyyən etdi.
Təqsirləndirilən D.K, həmin gün Rustaveli prospektində, Kaşueti Kilsəsi yaxınlığında vətəndaşlardan birinə fiziki təcavüz edib.
Gürcüstan Cinayət Məcəlləsinin 154-cü maddəsinin 2-ci hissəsi, 156-cı maddəsinin 2-ci hissəsinin "a" yarımbəndi və 225-ci maddəsinin 2-ci hissəsi ilə istintaq aparılır.
Cinayətdə iştirak edən digər şəxslərin müəyyən edilməsi-saxlanılması üçün istintaq-əməliyyat tədbirləri davam etdirilir.
5 iyul tarixində "Tbilisi Pride"a qarşı keçirilən aksiya zamanı törədilən cinayət əməllərinə görə ümumilikdə 23 nəfər həbs saxlanılıb, xüsusilə:
"Tbilisi Pride"ın ofisinə basqın, qrup zorakılığında iştirak etmək, zorakılıq və ya zorakılıq təhdidi ilə təqib, habelə bir mənzilin və ya digər əmlakın toxunulmazlığını qrup şəklində pozma faktlarına görə 3 nəfər saxlanılıb.
Bir nəfər isə vətəndaşa qarşı zorakılıq etdiyinə görə polis tərəfindən saxlanılıb”, - deyilir məlumatda.


