InterPress.ge xəbər verir ki, saxlanılan şəxs metadon proqramında iştirak edən şəxslərə narkotik dozalarını azaldaraq satıb.
Ruhi Sağlamlıq və Narkotiklərin qarşısının alınması Mərkəzinin işçiləri təfərrüatlar barədə danışmaqdan çəkiniblər.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, istintaq Gürcüstan Cinayət Məcəlləsinin narkotik maddələrin qanunsuz alınıb saxlanılmasını nəzərdə tutan 260-cı maddəsinin birinci hissəsi ilə aparılır.
