15 
Iyl
2021
11:54
454

Qazaxıstanlı qadına təcavüz etməkdə ittiham olunan şəxs həbsxanada ölü tapıldı

Mayın 5-də Tbilisidə vəfat edən 26 yaşlı qazaxıstanlı qadın Aisel Aitpaevaya təcavüz etməkdə təqsirləndirilən Besik Todua həbsxanada ölü tapılıb.

InterPress.ge xəbər verir ki, ölümün səbəbi hələlik məlum deyil.

Aisel Aitpaeva mayın 5-də yaşayış binasının həyətində ölü tapılıb.

Mayın 6-da Daxili İşlər Nazirliyi 57 yaşlı Besik Toduanı saxlayıb. Prokurorluq, saxlanılan şəxsə 7 mayda təcavüz ittihamı irəli sürüb. Təqsirləndirilən şəxsə Tbilisi Şəhər Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. Qazaxıstanlı qadının kürəkəni, Murad Meirbekov da Aisel Aitpayevaya təcavüz işə üzrə saxlanılıb.

Bizimlə əlaqə saxlayın