Tanışını ov tüfəngi ilə yaralayan şəxs saxlanıldı
Polis Dğibulidə baş verən yaralama hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsi Tbilisidə saxlayıb.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
"Daxili İşlər Nazirliyinin İmereti, Raca-Leçxumi və Kvemo Svaneti Polis Departamentinin Dğibuli Rayon İdarəsinin əməkdaşları, Tbilisi Polis Departamentinin Qldani-Nadzaladevi Baş İdarəsi ilə aparılmış əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində keçmişdə məhkum olmuş 1970-ci il təvəllüdlü K.R.-nı hakimin qərarı əsasında saxlayıblar. O, ağırlaşdırılmış şəraitdə qəsdən öldürməyə cəhd etməkdə ittiham olunur.
İstintaq, təqsirləndirilən şəxsin bu il iyulun 7-də Dğibulidə, Qelati küçəsində baş vermiş mübahisədən sonra tanışı - 1987-ci il təvəllüdlü A.P.-nı ov tüvəngindən açdığı atəş nəticəsində yaraladığını müəyyənləşdirdi.
Yaralı tibb müəssisəsinə aparılıb və müvafiq tibbi yardım göstərilib. Onun vəziyyəti qənaətbəxşdir.
Hüquq-mühafizə orqanları əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində K.R.-nı hadisədən bir neçə gün sonra Tbilisidə təqsirləndirilən şəxs kimi saxladı. K.R.-nin dostu - Z.S. isə hadisədən bir müddət sonra cinayət haqqında məlumat verməmək ittihamı ilə saxlanıldı.
Ağırlaşdırılmış şəraitdə qəsdən adam öldürməyə cəhd və cinayət barədə məlumat verməmək üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 19-109-cu maddəsinin 1-ci hissəsinin "b" yarımbəndi və 376-cı maddənin 2-ci hissəsi ilə davam etdirilir.
Cinayət 11 ildən 14 ilədək həbs cəzası nəzərdə tutur", - DİN-in məlumatında bildirilib.


