Şarl Mişel yenidən Gürcüstana gəlir
Avropa Şurasının Prezidenti Şarl Mişel Gürcüstana rəsmi səfər edəcək.
InterPress.ge xəbər verir ki, bu barədə "Gürcü Arzusu"nun sədri İrakli Kobaxidze məlumat verib.
"Səfər planlaşdırılıb və bildiyim qədəri ilə iyulun 19-da və ya 18-də gəlməyə hazırlaşır. 5 iyul ilə əlaqədar olaraq, Şarl Mişel-ə hansı risklərin gözlənildiyi, hansı risklərin hesablandığı və hüquq-mühafizə orqanlarının necə cavab verdiyi barədə tam məlumat verəcəyik. Dövlətin bu zorakılığın baş verməsindən sonra necə davrandığı da daxil olmaqla hər şey barədə məlumat verəcəyik. Söhbət hələ də davam edən cavablardan, konkret saxlanılmalardan və istintaqlardan gedir. Bu barədə Şarl Mişel-ə və digər tərəfdaşlara tam məlumat verəcəyik", - deyə İrakli Kobaxidze Rustavi 2-nin efirinde bildirib.


