Baş nazir: "İntensiv iş nəticəsində Zaza Qaxeladze azaddır"
"Hökumətimizin intensiv işi nəticəsində, Patriarxın, Prezidentin iştirakı ilə Zaza Qaxeladze azaddır".
InterPress.ge xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili bunu həbsdən azad edilən Zaza Qaxeladze ilə görüşü zamanı Erqnetidə jurnalistlərlə söhbətində bildirib.
Hökumət başçısı Zaza Qaxeladzenin azad edilməsində iştirak edən hər kəsə təşəkkür edib.
"Əvvəlcə qəhrəman və cəsur insan olan Zazaya həqiqətən təşəkkür edirəm. Sizə demək istəyirəm ki, apardığımız intensiv iş nəticəsində Patriarxımızın birbaşa iştirakı ilə, Prezidentin iştirakı ilə və əlbətdə ki, bu aylarda bütün hökumət səfərbər oldu, intensiv danışıqlar apardıq və Zaza azaddır.
Bu prosesdə iştirak edən hər kəsə təşəkkür edirəm. Patriarxımıza, Prezidentimizə və əlbəttə ki, bütün nazirliklərə, Xarici İşlər Nazirliyinin bütün işçilərinə, DTX rəhbərliyinə, Daxili İşlər Nazirinə, bu prosesdə iştirak edənlərin hamısına təşəkkür edirəm. Əlbətdə ki, ilk növbədə bu qəhrəman kişinin ailəsinə - gözləyən anasına, atasına, həyat yoldaşına və övladlarına təşəkkür edirəm”, - deyib Baş nazir.


