Rustavidə 2 nəfər saxlanıldı
Hüquq-mühafizə orqanları Rustavidə qətl və yaralama faktı il əlaqədar 2 nəfəri saxlayıb.
InterPress.ge xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyi yayır.
"Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin əməkdaşları isti təqib ilə aparılmış əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində iki nəfəri - 2001-ci il təvəllüdlü N.D. və 1986-cı il təvəllüdlü Q.Ç.-nı saxladılar.
N.D. qəsdən adam öldürmə və ağırlaşdırılmış şərtlər altında iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd göstərmək, Q.Ç. isə xüsusilə ağır cinayət barədə məlumat verməmək faktı üzrə ittiham olunur.
İstintaq N.D.-nin Rustavi şəhərinin Todria küçəsində qarşıdurma zamanı 1994-cü il təvəllüdlü Q.B. və eyni ildə anadan olan Q.A.-ya soyuq silahla xəsarət yetirdiyini, bundan sonra isə yoldaşı - Q.Ç. ilə birlikdə hadisə yerindən qaçaraq gizləndiyini müəyyənləşdirdi.
Yaralı Q.A. xəstəxanaya aparılan kimi ölüb, Q.B.-ya isə müvafiq tibbi yardım göstərilir.
Q.Ç. hadisə ilə bağlı polisə məlumat verməyib.
Qəsdən öldürmə, həmçinin ağırlaşdırılmış şəraitdə iki və ya daha çox şəxsi öldürməyə cəhd və xüsusilə ağır cinayət barədə məlumat verməmək barədə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 108-ci, 19-109-cu maddələri və 376-cı maddənin ikinci hissəsi ilə davam etdirilir", - DİN-in məlumatında qeyd olunub.


