Jurnalistə qarşı təzyiq etmə ittihamı ilə bir nəfər saxlanıldı
Daxili İşlər Nazirliyi, 5 iyulda Tbilisi prayd mitinqində ictimai kanalın operatoruna təzyiq ittihamı ilə bir şəxsi saxladı.
InterPress.ge xəbər verir ki, Daxili İşlər Nazirliyi bu barədə məlumat yayır.
Nazirlikdən verilən məlumata görə, cinayətdə iştirak edən digər şəxslərin müəyyən edilərək tutulması üçün istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin Tbilisi Polis Şöbəsinin əməkdaşları keçirilmiş operativ-istintaq tədbirləri nəticəsində jurnalistin peşə fəaliyyətinə mane olmaq, qanunsuz müdaxilə, zorakılıq, həmçinin qrup zorakılığı faktları ilə bağlı 1992-ci il təvəllüdlü G.M. yaxalayıblar.
İstintaqla müəyyən edilib ki, bu il 5 iyul tarixində Tbilisidə Rustaveli prospektində "Tbilisi Prayd" a qarşı keçirilən mitinqdə təqsirləndirilən - G.M İctimai Kanalın operatorunu vəzifəsini icra edərkən fiziki və şifahi şəkildə təhqir edib.
Gürcüstanın Cinayət Məcəlləsinin 154-cü maddəsinin 2-ci hissəsi, 156-cı maddəsinin 2-ci hissəsinin "a" bəndi və 225-ci maddəsinin 2-ci hissəsi ilə istintaq aparılır. Cinayətdə iştirak edən digər şəxslərin müəyyənləşdirilməsi və tutulması üçün istintaq-əməliyyat tədbirləri davam etdirilir" - Nazirin açıqlamasında deyilir.


