14 
Iyl
2021
13:40
594

Mərkəz rəhbəri əhaliyə çağırış etdi

"Təəssüf ki, ölkədə epidemiya vəziyyəti pisləşib".

InterPress.ge xəbər verir ki, bunu Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze deyib.

Onun sözlərinə görə, ölüm nisbətindən başqa digər əsas göstəricilər pisləşib.

“Epidemiya vəziyyətini xarakterizə edən bütün göstəricilər pisləşib: 100.000 əhaliyə düşən insidentlik, yeni hallar, bu gün bizdə 1 663 yeni hal qeydə alındı. Pozitivlik nisbəti: təəssüf ki, son 7 və 14 günün müsbət nisbəti artıq 4%- i keçdi. Yalnızca ölüm nisbəti aşağı enir, bəzi günlərdə bu təkrəqəmlidir, ancaq bu gün 13 ölüm halı qeydə alındı", - bildirib Amiran Qamğrelidze.

Onun sözlərinə görə, epidemioloji vəziyyətin pisləşməsi məhdudiyyətlərin yüngülləşdirilməsi ilə əlaqədardır.

"Epidemioloji vəziyyətin pisləşməsi məhdudiyyətlərin yüngülləşdirilməsi və hazırda mövcud olan qaydalara riayət edilməməsi ilə əlaqədardır. Bir daha hər kəsdən xahiş edirəm, səsləndirdiyimiz bütün qaydalara riayət etməyə çağırıram. Təəssüf ki, müşahidə etdiyimizə görə, maska ​​artıq qapalı yerdə də taxılmır. Bu qəbuledilməzdir, maska ​​peyvəndlə yanaşı ən güclü qoruma vasitəsidir. Qapalı məkanda və 5 nəfərdən çox adamın toplandığı yerdə maska ​​taxmaq vacibdir. İkincisi, məsafəni qorumaq lazımdır. Üçüncüsü, dezinfeksiyadır və buna öyrəşmişik, əllərimizi tez-tez yuyuruq və bu çox yaxşıdır. Ancaq dördüncü və ən əsas olan şey bütün toplantılardan qaçınmaqdır", - deyib Qamğrelidze.

Bizimlə əlaqə saxlayın