"Maska taxılmasına, o cümlədən böyük yığıncaqlarda maskadan istifadəyə nəzarət gücləndirilir".
InterPress.ge xəbər verir ki, bunu Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze deyib.
"Hər kəs mövcud qaydalara riayət etməlidir.Əlbəttə ki, toylar, yas mərasimləri, konqreslər, konfranslar və s. kimi böyük məclislər də daxil olmaqla maskanın taxılmasına daha çox nəzarət planlaşdırılır. Bizim təşəbbüsümüz yalnız bu konfranslarda və konqreslərdə iki dəfə aşılanmış və ya testdən keçmiş insanlara icazə verilməsidir", - qeyd edib Qamğrelidze.
