14 
Iyl
2021
11:14
298

Gürcüstana "Pfizer" peyvəndi gətirildi

Gürcüstana "Pfizer" peyvəndi gətirilib.

InterPress.ge xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi tərəfindən yayılan məlumatda bildirilir.

"Gürcüstanda universal aşılama başlayır. Amerika-Alman istehsalı "Pfizer" peyvəndi artıq Gürcüstandadır.

"Pfizer" peyvəndi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tanınır.
"Pfizer" ilə vətəndaşlar ilk mərhələdə yeddi tibb müəssisəsində aşılana bilərlər.
Vətəndaşlar bu gün saat 15: 00-dan etibarən "Pfizer" ilə aşılanmaq üçün qeydiyyatdan keçə biləcəklər və peyvəndləmə prosesi 16 iyulda başlayacaq. "Pfizer" peyvəndi üçün lazım olan 2 doza 21-28 gün aralıqlarla tətbiq edilir.

"Pfizer", peyvəndi Alman tərəfdaş şirkəti "Biontec" ilə ortaq şəkildə hazırladı. Təhlükəsizlik səbəbləri ilə "Pfizer" və "Astrazeneca" ilə aşılama yalnız klinikalarda həyata keçiriləcək. Vətəndaşlar Çin peyvəndləri olan "Sinopharm" və "Sinovac" ilə əlavə tibb mərkəzlərində aşılana bilərlər.

"Pfizer" ilə aşılanmaq üçün bu linkdə qeydiyyatdan keçə bilərsiniz: //booking.moh.gov.xn--ge–2wnj/

COVID 19 aşısı qeydiyyatı barədə məsləhət almaq üçün 144-3 nömrəsinə zəng edə bilərsiniz.

"Pfizer" ilə razılaşmaya əsasən, Gürcüstan tədricən 1.000.350 doza peyvənd alacaq.

COVID-19 aşısı infeksiyadan qorunmaq üçün təsirli və təhlükəsiz bir vasitədir! Dünya Səhiyyə Təşkilatı, ictimai səhiyyə idarələri və ixtisaslı həkimlər COVID19 peyvəndi ilə aşılanmağı tövsiyə edirlər", - Səhiyyə Nazirliyinin məlumatında bildirilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər