14 
Iyl
2021
10:42
1905

Marneulidə bədbəxt hadisə: Gənc oğlanı elektrik vuraraq öldürdü

Marneulinin Dəmiyə Gorarxı kəndində bədbəxt hadisə baş verib.

InterPress.ge xəbər verir ki, kənd sakini Həbib Abbasov elektrik cərəyanı vurması nəticəsində həyatını itirib.

Kənd sakinlərinin verdiyi məlumata görə, hadisə dünən axşam saatlarında baş verib.

Bildirilir ki, gənc evin hamamında olan su nasosundakı problemi aradan qaldırmaq istəyərkən elektirik cərəyanı vuraraq yerindəcə həyatına son qoyub.

Hadisə ilə bağlı InterPress.ge Daxil İşlər Nazirliyindən məlumat almağa çalışır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər