İrakli Ğaribaşvili istefa etməlidir! Bütün qanunu pozanları cəzalandırın! - Bu tələblə 4 televiziya şirkəti 24 saat yayımını dayandırdı.
InterPress.ge xəbər verir ki, xüsusilə, bu gün artıq yayımlanmır: TV Pirveli, Mtavari Arxi, Formula və Kavkasia.
Hal- hazırda qeyd edilən dörd televiziyanın hamısının ekranlarında 5 İyul hadisələri zamanı yaralanan jurnalistlərin və operatorların adları yazılmış qara fon göstərilir.
