İrakli Kobaxidze: "Utancdır" Saakaşvili tərəfindən maliyyələşdirilən radikal anti-xristian, anti-kilsə qruplaşmadır"
"Utancdır" Saakaşvili tərəfindən maliyyələşdirilən radikal anti-xristian, anti-kilsə qruplaşmadır".
InterPress.ge xəbər verir ki, bunu "Gürcü Arzusu"nun sədri İrakli Kobaxidze deyib.
"Praydın əsas təşkilatçısı "Utancdır" idi. Qiqa Makaraşvili bu tədbirin təşkilatçısı kimi təmsil olundu. Hamı çox yaxşı bilir ki, "Utancdır", "Milli Hərəkat"ın konkret mülki fəallarının təşkilatıdır. Bu, Saakaşvili tərəfindən maliyyələşdirilən radikal anti-xristian, anti-kilsə qruplaşmadır. Bu barədə hər kəsin məlumatı var. Eyni zamanda bu təşkilatın Rusiya ilə izlərinin olması da maraqlıdır. Xatırlayırsınızsa, Qiqa Makaraşvili vaxtilə rus xəttinin nümayəndələrindən biri olan Mindia Qulua-nın sözçüsü idi. Bu, çox maraqlı bir "təsadüfdür" - Saakaşvili, Rusiya və Gürcüstanda "Utancdır". Bunlar yenə də hər şeyin Mixail Saakaşvilinin rəhbərliyi ilə radikal, dövlət əleyhinə, kilsə əleyhinə siyasi qrup tərəfindən idarə olunduğuna dair çox sadə əlamətlərdir", - deyib Kobaxidze.


