24 
Apr
2020
10:57
2876

Sərt karantin olan kənddə COVİD-19-a yoluxanların sayı artır

Terjhola rayonunun (Qərbi Gürcüstan) Gvankiti kəndində daha iki nəfərdə koronavirus aşkarlandı.

InterPress.ge xəbər verir ki, bu barədə Rustavi 2 telekanalı məlumat yayıb.

Epidemioloji riskin yüksək olması və koronavirusun geniş yayılmasının qarşısını almaq üçün Gvankiti kəndində artıq ikinci gündür ki, sərt karantin zonası elan edilib. Giriş və çıxış qadağan olunub.

Epidemiologlar tərəfindən kənddə aparılan kütləvi hərarət ölçüldükdən sonra şübhəli simptomları olan 18 yerli insan koronavirus testindən keçirilib, onlardan ikisində covid-19 aşkar edildi.

Bu gün yerli sakinlərin hərarətlərinin ölçülməsi davam edir. Proses epidemiologlar bütün kənd sakinlərini yoxlayana qədər davam edəcəkdir.

Yerli hakimiyyət orqanlarının bildirdiyinə görə kənddəki dükan və apteklər işləyəcək və distribyutorlar davamlı olaraq onları lazımi məhsullarla təmin edəcəklər. Virusun kənddə yayılmasının qarşısını almaq üçün bütün mağaza və apteklərdə bank terminallarından istifadə ediləcəkdir.

Qeyd edək ki, Gvankiti kəndi aprelin 23-ü səhər tezdən karantinə alındı. Beş nəzarət nökdəsi qurulub, bütün giriş və çıxışlar Daxili İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin əməkdaşları tərəfindən ciddi nəzarətdədir. Həm kəndə giriş, həm də çıxış qadağandır.

Gvankiti kəndində 2.4 mindən çox əhali yaşayır. Kənddə cəmi 12 yoluxmuş şəxs müəyyən edilib.

Bizimlə əlaqə saxlayın