Gürcüstanda yeni növ koronavirusa yoluxma hallarının sayı 431-ə çatıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında (stopcov.ge) məlumat verilib.
Bildirilib ki, hazırda ölkə üzrə karantində 5126, stasionar müalicədə isə 578 nəfər var. Virusa yoluxmuş şəxslərdən 5 həyatını itirib, 114 nəfəri isə tam sağalıb.
