13 
Iyl
2021
10:48
369

DİN otən gecə saxlanılanlarla bağlı açıqlama yayıb

Polis, dünən "Gürcü Arzusu" ofisi yaxınlığında keçirilən aksiyada inzibati qaydaya əsasən səkkiz nəfəri saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Daxili İşlər Nazirliyinin əməkdaşları "Gürcü Arzusu" partiyasının ofisi yaxınlığında davam edən aksiya ilə əlaqədar səfərbər olublar və etirazçıların təhlükəsizliyini və ictimai asayişini mümkün qədər qoruyurlar. Etirazçılar sərbəst toplaşmaq və ifadə azadlığı haqqında qanunun icazə verdiyi hədləri aşdılar. Bu mərhələdə polis 12 nəfəri inzibati qaydada saxlayıb.

Aksiyanın təşkilatçılarına bir daha xəbərdarlıq edirik ki, aksiya şiddət xarakteri almasın və qanunla icazə verilən normalardan kənara çıxmasın. Əks təqdirdə, polis qanuna uyğun hərəkət edəcək”, - deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, saxlanılanlardan biri də, Gürcüstanın Birinci Kanalının "Həftənin müsahibə"si verilişinin aparıcısı İrakli Absanadze olub və o artıq sərbəst buraxılıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər