"TV Pirveli"nin operatoru bu gün dəfn ediləcək.
InterPress.ge xəbər verir ki, dəfn mərasimi saat 15: 00-da İoseliani küçəsi 37-də baş tutacaq.
Xatırladaq ki, 5 iyul tarixində Tbilisidə, Rustaveli prospektində "Tbilisi Pride"a qarşı çıxan radikal qruplar jurnalistlərə hücum ediblər.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, 5 iyulda 53 nəfər media nümayəndəsi daxil olmaqla 55 nəfər zorakılığa məruz qalıb.
Radikal qruplar 6 iyulda da media nümayəndələrinə hücum ediblər.
TV Pirveli-nin operatoru Lekso Laşkarava 5 iyul hadisələri zamanı fiziki təcavüzə məruz qalıb. Bir neçə gün "Niu Hospitals" xəstəxanasında müalicə olunub. 11 iyulda isə evində ölü tapılıb.
