13 
Iyl
2021
09:45
311

Kaxa Kaladze Bakıya rəsmi səfər edəcək

Tbilisi meri Kaxa Kaladze 13-14 iyul tarixlərində Bakıya rəsmi səfər edəcək.

InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi meriyasının mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, səfər zamanı Tbilisi ilə Bakı arasında qardaşlaşma memorandumu imzalanacaq.

Müxtəlif formatlarda yüksək səviyyəli görüşlər planlaşdırılır. Tbilisi meri ilə birlikdə merin müavini İlia Eloşvili də Bakıya səfər edəcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər